Ferrari-nin təkamülü (1950-2016-cı illər): 10-cu yazı – Ferrari 256 F1

Ferrari komandasının tarixi birbaşa Formua1-in tarixi ilə bağlıdır, çünki Ferrari çempionatın bütün mövsümlərində iştirak etmiş yeganə komandadır. Maranelloda (Ferrari-nin bazasında) biryerli yarış maşınını ilk dəfə məhz Formula1 üçün hazırlayıblar…

Artıq Formula1 üzrə 68-ci dünya çempionatının başlamasına 58 gün qalır – 58 gündən sonra yeni maşınlar Avstraliyanın Melburn şəhərindəki Albert Parkda ilk məşqlərə çıxacaqlar. Ona görə də ölkədə yeganə F1 (www.f-1.az) saytı olduğumuzu nəzərə alaraq bu günlər ərzində sizi Ferrari maşınının təkamülü ilə tanış edəcəyik. 10-cu yazımızın qəhrəmanı isə komandanın hazırladığı motoru sürücünün önündə yerləşən sonuncu maşınıdır…

1958-ci ilin faciəvi mövsümündən sonra çempionatı daha bir top-komanda tərk etdi – Vanwall. Ferrari-nin azarkeşləri sevinirdilər ki, Sukderiya növbəti titulunu asanlıqla qazanacaq, amma unudurdular ki, 1958-ci ildə ən ağır itkilərə məhz Ferrari uğramışdı. Komandanın sürücü heyəti tam yenilənməli idi.

Amma texniki baxımdan komandanın işi pis deyildi: Hotorna titul qazandıran Ferrari 246 F1 2.5 litrlik motor alaraq Ferrari 256 F1-ə çevrildi. Maşında yeni diskli əyləclər və Koni markalı teleskopik amortizatorlar tətbiq olunmuşdu. Komanda Engelbert təkərlərindən Dunlop təkərlərinə keçmişdi – elə çempionatın digər komandaları da bu təkərlərlə yarışırdılar.

Bütün bu proqressiv dəyişikliklərin üzərindən Kommendatore yağlı bir xətt çəkdi – Entso hələ də motorun sürücünün arxasına keçirilməsinin əleyhinə idi. Nəticədə Ferrari sürücüləri bir çox komandaların istifadə etdikləri Cooper maşınlarına uduzdular – bir il əvvəl yalnız Cooper-Climax komandası motoru sürücünün arxasına keçirməklə Entsonun gülüş obyektinə çevrilmişdi, indi isə çempionatda iştirak edən bir çox Britaniya komandaları Cooper şirkətindən bu cür maşın alaraq çempionata qoşulmuşdular.

FERRARİ 256 F1

Ferrari 256 F1

Keçən mövsümün gedişində Luici Musso və Piter Kollinz qəzalarda dünyalarını dəyişmişdilər, mövsümün sonunda titula sevinən Mayk Hotorn isə yanvar ayında yol qəzasında həlak olmuşdu. Ona görə də komanda 1959-cu il mövsümünə britaniyalı Toni Bruks və Kliff Əllisonla yanaşı amerikalı Dən Görni müqavilə imzalayır.

Texniki sarıdan bir sıra yeniliklər olmaqla yeni maşın 256 indeksi almışdı. Asılqanlar, əyləc sistemi və ötürmələr qutusu yenilənmişdi. 2.5 litrlik yeni motorun gücü 295 at qüvvəsinə çatdırılmışdı.

Toni Bruks Fransa və Almaniya Qran Prilərində vacib qələbələr qazansa da, Cek Brəbhəmin yığcam Cooper-inə qarşı çempiontda titul uğrunda mübarizədə aciz görünürdü. Arxamotorlu Cooper həm sürətli idi, həm idarəolunması rahat idi, həm də etibarlılığı yüksək səviyyədə idi.

Təəssüf ki, 1960-cı ildə də vəziyyət təkrar olundu: yenə də Brəbhəm Cooper-lə titul qazandı, Ferrari isə İtaliya Qran Prisində tiffozilrin qarşısında Fil Hillin yeganə qələbəsi ilə təsəlli tapdı. Amma bu qələbənin Ferrari üçün xüsusi yeri var idi – məhz bu qələbə sürücünün önündə qurulmuş motorla Formula1 komandası üçün sonuncu qələbə idi…

FERRARİ 256 F1-İN ÇEMPİONATDA STATİSTİKASI

Ferrari 256 F1

 

Mövsüm Qran Pri Start Poul Qələbə Podium Ən yaxşı nəticə
1959-cu il 7 28 2 2 9 1
1960-cı il 8 23 1 1 5 1
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*