Ferrari Fettelin şassisini dəyişəcək

Ferrari komandası Silverstoundakı yarışlarda uğursuz çıxış etmiş Sebastyan Fettelin şassisini dəyişəcək.

F-1.az xatırladır ki, Şarl Lekler Silverstoundakı yarışlardan birincisində 3-cü olaraq podiuma çıxmış, ikincisində isə finişə dördüncü yerə çatmışdı. Sebastyan Fettel isə bu iki yarışdan cəmi 1 xal götürüb.

Komandanın şassi şöbəsi üzrə rəhbəri Simone Resta dördqat Dünya Çempionunun uğursuz çıxışını şassi ilə əlaqələndirməsə də, dəyişiklik edəcəklərini deyib: “Sebastyan yeni şassiyə keçəcək. Çünki Silverstoun yarışından sonra təhlil apardıq və şassinin porebrikə hücum zamanı xırda zədələndiyini gördük. Düzdür, bu zədənin sürücünün performansına ciddi təsiri olmaz, amma yenə də dəyişiklik edəcəyik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*