Ferrari çarə tapa bilmir

Ferrari komandasının rəhbəri Mattia Binotto bildirib ki, problemlərə həll yolu tapmayıblar.

F-1.az xatırladır ki, “qırmızılar” mövsümün əvvəlindən döngələrdə problemlər yaşayırlar. İtaliya təmsilçisi Barselona yarışından sonra yeni konsept üzərində işləməyə başlayıb.

Mattia Binotto: “Kanada deyəndə ağlıma çoxlu xatirələr gəlir. Burada nəticəni əvvəldən proqnozlaşdırmaq çətindir. Hazırda güclü deyilik və problemləri həll etmək üçün heç nə etməmişik. Bu trasda yüksək sürət, əyləclər və sürətlənmə ön plana çıxır. Bu yarışda xətaları geridə buraxmaq üçün əlimizdən gələni edəcəyik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*