M.Arrivabene Ferrari-ni tərk edəcək?

Biz dəfələrlə Ferrari komandasını daxildən parçalayan bu konflikt barədə yazmışdıq, indi isə, deyəsən, konflikt pik nöqtəsinə çatıb.

F-1.az xatırladır ki, uzun müddət komandada davam edən konflikt hələ Sercio Markionnenin vaxtında başlamışdı və təcrübəli italiyalı vəziyyətə nəzarət edə bilirdi, amma onun qəfil vəfatı konflikti yenidən gündəmə gətirmişdi.

İtaliya mətbuatının bildirdiyinə görə, bu gün məlum olub ki, komandanın iki mühüm postunda əyləşən şəxslər birlikdə addımlaya bilmirlər.

La Gazzetta dello Sport qəzetinin məlumatına görə, yaxın saatlarda Ferrari komandası kadr dəyişikliyi barədə bəyanat yayacaq: Arrivabene komandanı tərk edəcək, onun yerini isə Binotto tutacaq. Komanda bu məlumatlara rəsmən heç bir şərh verməyib…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*