Fernando Alonso qəzaya uğrayıb – VİDEO

İkiqat çempionu, ispaniyalı Fernando Alonso Dakar rallisinin onuncu mərhələsində qəzaya uğrayıb.

F-1.az xəbər verir ki, bu barədə məlumat yarışın rəsmi “Twitter” səhifəsində yerləşdirilib.

Yolsuzluq avtomobilləri sinfində mübarizə aparan idmançı mərhələnin ilk kilometrlərində qəzaya uğrayıb. Belə ki, onun idarə etdiyi avtomobil aşıb. Bundan sonra ekipaj yarışı davam etdirə bilməyib – sağ təkər və asılqanı dəyişmək lazım gəlib.

Qeyd edək ki, doqquz mərhələdən sonra Alonso ümumi yarış cədvəlində onuncu pillədə qərarlaşıb. O, lider ata Karlos Saynsdan 3 saatdan çox geri qalır.

Alonsonun effektiv qəzasına bir neçə rakursdan baxaq. Bu arada, bugünkü 10-cu mərhələ həddindən artıq çətin olduğuna görə təşkilatçılar 345-ci km-də mərhələni dayandırmalı olublar, nəticələr bu məsafəyə uyğun götürüləcək…Toyota Azərbaycan

Gepostet von Rahim N. Aliyev am Mittwoch, 15. Januar 2020

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*