F.Tost: Nik mütləq inkişaf edəcək

AlphaTaurinin heç də gənc olmayan debütantı ilk iki yarışda gənc komanda yoldaşına uduzub.

F-1.az xəbər verir ki, komandanın rəhbəri Nik de Frizin özünü inkişaf etdirəcəyinə əmindir.

Frants Tost: “Nik hələ də öyrənir. Sürücülərimiz həm yarışları, həm də titulları qazana biləcəklərini sübut edən bacarıqlı adamlardır. Məqsədimiz onları rəqabətədavamlı maşınla təmin etməkdir.

Maşında problemlər var idi, Nikin çətinlikləri də bununla bağlıdır. Formula1-də prinsipcə, debüt etmək asan deyil, amma maşın sizə problem yaratsa, işlər daha da çətinləşir. Sürətli maşının sükanı arxasında layiqli nəticə göstərəcəyinə şübhəm yoxdur. Və bunun üçün çalışacağıq”.
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*