F.Massa idmanda qalmaq istəyir

Williams komandasının sürücüsü Felipe Massa bildirib ki, bu mövsüm çox əylənir və gələn il də idmanda qalmaq istəyir.

F-1.az xatırladır ki, braziliyalı sürücü keçən ilin sonunda təqaüdə çıxmış, lakin Bottasın gözlənilmədən Mercedes-ə transfer olunmasından sonra yenidən Williams komandası tərəfindən çağırılaraq Formula1-ə qayıtmışdı.

Felipe Massa: “Bu mövsüm mənim üçün əyləncəli keçir. Yeni qaydaları sevdim və sürməkdə çətinlik çəkmirəm. Əgər rəqabətədavamlı ola bilsək, gələn il də Williams-da yarışa bilərəm. Artıq bolidi təkmilləşdirərkən daha aqressiv həmlələr edirik. Bu formada davam etsək, növbəti yarışlarda yaxşı nəticələr qazana bilərik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*