23 Avqust 2019, Cümə - 09:04

Williams komandasından ardıcıl 6-cı sürətli pit-stop

Williams komandasından ardıcıl 6-cı sürətli pit-stop

Müəllif: Rauf Hacıyev, redaktor

18:39 - 30 May, 2016

Mövsümün əvvəlindən DHL Ən Sürətli Pit-Stop mükafatını əldən verməyən Williams Martini Racing komandası Monako QP-də ən sürətli 3 pit-stopu reallaşdırıb…

F-1.az xatırladır ki, Williams komandası mövsümün ilk 5 yarışında ən sürətli pit-stop edən komanda olmuşdu. Britaniyalılar pit-stop uğurlarına birini də əlavə ediblər və uğurlu seriyanı davam etdiriblər.

İşləmə zonasının darlığı və çətin şəraitdəki yarışları nəzərə alsaq, Williams-ın Monakodakı pit-stopları onlar üçün mövsümün ən yavaş pit-stopları olublar. Amma bütün bu çətinliklərə baxmayaraq, britaniyalılar rəqiblərindən demək olar ki, yarım saniyə sürətli olublar.

Williams komandası knyazlıqdakı ən sürətli pit-stopu Valtteri Bottas üçün edbi. Finlandiyalı sürücünün dörd təkəri 2.43 saniyə ərzində dəyişdirildiyi halda, Felipe Massa təkərlərinin dəyişdirilməsi üçün 2.44 saniyə dayanmalı olub. Bottasın digər pit-stopu isə 2.81 saniyə çəkib və burada yavaş hərəkət etmələrinə baxmayaraq, 3-cü ən yaxşı nəticəni əldə ediblər.

Niko Rosberqin qələbə seriyası İspaniyada, Mercedesin poul qazanmaq seriyası Monakoda sona çatdı. Amma Williams komandasının pit-stopdakı uğurlu seriyası hələ də davam edir. Britaniyalılar pit-stopları 2 saniyədən daha sürətli etmək istəyirlər və Çində 2.1 və İspaniya 2.12 saniyəlik zaman nəticələri ilə bu hədəfə bir az yaxınlaşa biliblər…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 319
Teqlər , ,
Paylaş

logo