F.Massa: Ferrari dindir

Sabiq Formula1 sürücüsü Felipe Massa bildirib ki, Ferrari İtaliyada din kimidir.

F-1.az xatırladır ki, braziliyalı sürücü 2006-2013-cü illərdə Ferrari-də çıxış etmiş və 11 yarış qazanmışdı.

Felipe Massa: “Ferrari komandasının sürücüsü olmaq çox xüsusidir. Ancaq orada olanda şirkət maşınınız həmişə Ferrari olmur. Bəzən Fiat və ya Alfa Romeo sürürsünüz. Ferrari alsanız da, ailəniz o maşına sığmır.

Ferrari görülən bütün işlər digər güclü komandalarda olduğu kimidir. Ancaq Ferrari təkcə güclü komanda deyil. Eyni zamanda din kimidir. Komandaya qatıldıqdan sonra fərqli atmosferdə olursunuz. İnsanlar sizi daha çox sevməyə başlayırlar. Sizin haqqınızda daha çox danışırlar. Bu, yaxşı da ola bilər, pis də ola bilər. Bir dinə mənsub olduğunuzçün daha çox təzyiq hiss edirsiniz.

Ferrari-də qalib gəlmək bəs eləmir. Qalib gələndə təzyiq artır, çünki sizdən daha çox uğur tələb edirlər. Qalib gələ bilməyəndə də təzyiq altında olursunuz. Çünki hamı qazanmağınızı istəyir. Mətbuat da Ferrari ilə çox maraqlanır. Gözləntilər böyükdür. Ferrari-də hər şey ya çox yaxşı olur ya da çox pis”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*