F.Banyaya: Aşkar favorit deyiləm

Ducati komandasının sürücüsü Françesko Banyaya bildirib ki, bu il birbaşa favorit deyil.

F-1.az xatırladır ki, keçən ilin Dünya Çempionu bu mövsümün ilk yarışı Portimaoda həm sprint, həm də əsas yarışı qazanmış, amma Argentina yarışında yıxılaraq xalsız qalmışdı.

Françesko Banyaya: “Hələ aşkar favorit deyiləm. Əgər həmişə öndə olsam və ardıcıl 3 titul qazansam, o vaxt Pekko barədə danışa bilərik.

Bütün Ducati sürücüləri sürətlidir, çünki sürücülər yaxşıdır və Ducati istənilən sürüş tərzinə uyğunlaşır. Sürətli getməklə çempion olmaq fərqli şeylərdir. Çempionluq məni rahatlatdı. Artıq çempionam və bu uğuru yenidən təkrarlaya bilərəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*