F.Alonso velosipedlə qəzaya uğrayıb

Bu il Formula1-ə qayıtmağa hazırlaşan ikiqat dünya çempionunu İsveçrədə velosiped sürərkən qəzaya uğraması barədə xəbərlər yayılıb, bir qədər əvvəl isə Alpine komandası faktı təsdiqləyib.

F-1.az bildirir ki, hadisənin təfərrüatları barədə məlumat verilməyib, lakin Fernandonun qəza zamanı velosiped sürdüyü məlumdur və maşınla toqquşduğu bildirilir. Onun dərhal xəstəxanaya çatdırılması da komandasının açıqlamasından sonra məlum olub.

Alpine komandasının bəyanatında deyilir: “Biz Fernandonun İsveçrədə velosiped sürərkən qəzaya uğradığını təsdiqləyirik. Onun şüuru yerindədir və özünü normal hiss edir. İndi deyə biləcəklərimiz bunlardır və sabah səhərə təyin olunan tibbi müayinədən sonra ətraflı məlumat verə biləcəyik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*