F.Alonso: “Qalib gəlməmiş getməyəcəm”

McLaren komandasının sürücüsü Fernando Alonso bildirib ki, layiq olduğu nəticələri almamış idmandan getmək istəmir.

F-1.az xatırladır ki, McLaren komandası testlərə böyük ümidlərlə başlasa da, güc qurğusunda tez-tez problem yaşamış və demək olar ki, hər gün mühərrik dəyişdirmişdi.

Fernando Alonso: “Yarış qələbələri və podium istəyirəm. Yeni mövsümdə aqressiv sürərək, yuxarı pillələrə yüksəlmək istəyirəm. Əgər qalib gələ bilməsəm, gələn mövsüm yenidən sınayacam. Layiq olduğum nəticələri qazanmamış Formula1-dən getmək istəmirəm. Hazırda yeganə problemimiz güc qurğusudur. Etibarlılıq yoxdur. Bu mövsümün ilk yarışı bizi çox düşündürür. Yeni reqlamentin olduğu bu mövsümə ümidlə başlamışdıq. Amma danışmaq üçün hələ tezdir. Ümid edirəm ki, Honda problemi tezliklə tapar və mövsümə güclü formada başlayarıq. Özümü sürətli sürücülərdən biri kimi görürəm. Bunu sübut etmək üçün yaxşı mühərriyə ehtiyacım var”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*