Ə.Nyui: “Sennanın ölümündən sonra istefa barədə düşünürdüm”

Britaniyanın Guardian qəzetinə müsahibəsində Red Bull komandasının texniki direktoru Ədrian Nyui 1994-cü ilin hadisələrini xatırlayıb – mühəndisin hazırladığı maşında Ayrton […]

Britaniyanın Guardian qəzetinə müsahibəsində Red Bull komandasının texniki direktoru Ədrian Nyui 1994-cü ilin hadisələrini xatırlayıb – mühəndisin hazırladığı maşında Ayrton Senna həlak olmuşdu…

Ədrian Nyui: “Bu qəza mənə ciddi təsir eləmişdi, elə saçlarım da onda töküldü. Mən də, Patrik Hed də, özümüz özümüzdən soruşurduq ki, biz yarışlarda iştirakımızı davam etdirmək istəyirikmi? Bizim qurduğumuz maşınların sükanalrı arxasında yenə sürücülər ölə bilərlərmi? Ayrtonun ölümünə bizim səhvimiz səbəb oldumu? Sonra məhkəmə araşdırmaları başladı, pressinq lap artdı – mən idmanı tərk etməyi ciddi düşünürdüm.

Bizim bütün komanda üçün həmin dövrlər ağır keçdi. Qara zolaq gəldi. Hələ də heç kim bilmir ki, nə oldu – sükan sütunu qəzaya qədər yoxsa qəzadan sonra sındı? Sütunda çatlar var idi, yəni gec-tez sınacaqdı – uğursuz qərar idi, amma bütün araşdırmalar göstərdi ki, maşın trasdan sükan problemlərinə görə çıxmayıb.

Əgər digər kameralardan yazıya baxsaq, xüsusən də Mixael Şumaherin maşınından, görürük ki, döngədə Sennanın maşını əskik dönüşlük vəzəinə artıq dönüşlük alır, bu isə sükan sütunun sınması zamanı mümkün deyil. Maşının arxa tərəfi sürüşür, Ayrton qaz pedalını 50% buraxmaqla bunu kompensə etmək istəyir, bir saniyədən sonra isə əyləc pedalını sərt basır. Sual olunur – maşının arxa hissəsinə nə olmuşdu?

Artıq ikinci dövrədə təkərlərdəki təzyiq stabilləşməli idi, amma ola bilər ki, arxa sağ təkər trasdakı qırıntılardan deşilibmiş. Bu ehtimal həqiqətə ən yaxındır.

Senna haqqında yeni filmə baxmışammı? Xeyr, bütün bu hadisələri bir daha yaşamaq asan deyil.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*