Elbon yağışa ümid edir

Aleksander Monakoda 13-cü olaraq komandasına burada 2018-ci ildən bəri ən yaxşı nəticəsini qazandırıb.

F-1.az xatırladır ki, onun komanda yoldaşı Loqan Sarcent isə sıralanma turunun ilk sessiyasındaca mübarizəni tərk edib.

Aleksander Elbon: “Yaxşı gündür. Maşınımıızn zəif cəhətlərinin burada xüsusilə nəzərə çarpdığını anlayaraq bütün həftəsonu geridə qaldıq, amma işimizi davam etdirdik, üçüncü məşqdən sonra maşında çoxlu dəyişikliklər etdik və nəticələrimizi düzəldə bildik. Səylərin bəhrəsini verəndə həmişə xoş olur.

Maşının idarəetməsi yaxşılaşdı, lakin təsnifat mərhələsinin birinci hissəsində keçmək üçün üç dəst Soft təkərindən istifadə etdim. Vurduğum dövrələrdən razı qaldım, amma təkərlərin isinməsini gözləyərkən tıxacda çox vaxt itirdim. Elə bir hiss var ki, təsnifat mərhələsində biz maşının icazə verdiyindən daha çox nail olmuşuq. Ümid edirəm ki, sabah yağış yağacaq”.

Qeyd edək ki, tailand əsilli britaniyalı sürücü cari mövsümdə yeganə xalını mövsümün ilk yarışında Bəhreyndə 10-cu yeri tutaraq qazanıb…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*