24 Avqust 2019, Şənbə - 13:51

E.Fittipaldi Lotus E20-ni yoxlayıb

E.Fittipaldi Lotus E20-ni yoxlayıb

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

20:06 - 05 İyul, 2013

İkiqat dünya çempionu Emerson Fittipaldi müasir Lotus E20 maşınının sükanı arxasına əyləşib: 70-ci illərin braziliyalı ulduzu Le Kastelle trasında Renault […]

İkiqat dünya çempionu Emerson Fittipaldi müasir Lotus E20 maşınının sükanı arxasına əyləşib: 70-ci illərin braziliyalı ulduzu Le Kastelle trasında Renault konserninin Braziliya filialının reklam çəkilişləri çərçivəsində bir neçə dövrə vurub. Lotus komandasının ehtiyat sürücüsü Davide Valsekki 66 yaşlı veteran sürücüyə kömək edib.

Emerson Fittipaldi: “Bu əladır! Əlbəttə, maşın mənim zamanımda olan maşınlardan köklü surətdə fəqlənir. Sən həqiqətən hiss edirsən ki, bütün sahələrdə texnologiyalar necə də inkişaf ediblər: əyləclər çox effektiv idi, asfalta yatma qüvvəsi yüksək səviyyədə idi. Motorun hissiyastı da tam fərqli idi, ona görə də akselerator incə, dəqiq və hamar davranış tələb edirdi. Bu maşın tam fərqli bilik səviyyəsinin məhsuludur.”

Fittipaldi Le Kastelloya gəlmiş braziliyalı jurnaslitlərlə birlikdə Renault Sport-un Viri Şatiyondakı bazasına da baş çəkiblər…

fitti-6


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 425
Teqlər , , , , , ,
Paylaş

logo