17 Oktyabr 2019, Cümə axşamı - 09:26

Ducati yeni motosikletini test edib

Ducati yeni motosikletini test edib

Müəllif: Rauf Hacıyev, redaktor

08:32 - 28 Yanvar, 2016

Ducati zavod komandası 2016-cı ildə yarışacaqları motosikletlərini Malayziyanın Sepanq trasında test edib.

F-1.az xəbər verir ki, Ducati-nin test sürücüsü Mikelle Pirro komandanın yeni motosikleti Desmosedici GP16 ilə 50 dövrə vurub.

Ducati əsas rəqibləri olan Yamaha və Honda-dan fərqli olaraq, 2016-cı ildə yarışacaqları motosiklet ilə keçən il test etməyib. Valensiya və Xeresdə keçirilən testlərə 2015-ci ildə yarışdıqları motosikletlərlə çıxaraq, həm yeni Michelin təkərlərini, həm də yeni elektronik sistemləri test ediblər.

Komandanın test sürücüsü Mikelle Pirro motosiklet barədə təəssüratlarını bölüşüb: “Bu gün GP16 ilə 50 dövrə atdıq. Test çox yaxşı keçdi. Hər şeyin düzgün işləyib-işləmədiyini yoxlamaq üçün testlər keçirtdik. İlk təəssüratlar yaxşıdır.

Heç bir şey tərs getmədi. Ona görə də xoşbəxtik”.

Pirro cümə axşamı GP16 ilə testlərə davam edəcək.

2007-ci ildə Ducati komandası ilə karyerasının ilk MotoGP üzrə Dünya Çempionluğunu qazanan, hazırda isə komandanın test pilotu olan Keysi Stouner isə şənbə və bazar günləri GP15 ilə test edəcək.


Son Xəbərlər

İnformasiya

Bölüm MotoGP
Mənbə
Baxış Sayı 619
Teqlər , , , , , , ,
Paylaş

logo