Domenikali Almaniya və Fransanın təqvimə geri qayıtmasından danışıb

Formula1-in prezidenti və icraçı direktoru Stefano Domenikali Almaniyanın təqvimə qayıdışı ilə bağlı danışıqların aparıldığını təsdiqləyib və uzun fasilədən sonra ilk dəfə Fransa mərhələsi barədə də danışıb…

Stefano Domenikali: “Unutmaq olmaz ki, Mercedes və Audi Formula1-də çıxış edirlər. Almaniyada istəyirlər ki, biz ortamüddətli perspektivdə yarışın təqvimə qayıtması imkanını nəzərdən keçirək və ya daha da vacibi, iyirmi il əvvəl olduğu kimi, ölkəni Formula1 üçün ən önəmli bazarlardan birinə çevirək. Bu qərar qısamüddətli olmayacaq, gələcəyə hesablanmalıdır və mütləq qəbul olunacaq, amma Almaniya ilə danışıqlar həmişə vaxt tələb edir.

Fransa Qran Prisinin təqvimə qayıtmasına gəlincə, əgər bu baş verməsə, səbəb bizim cəhd göstərməməyimiz olmayacaq. Mən bu mərhələnin keçirilməsi məsələsinə tam açığam, əgər onlar onu təşkil etmək istəsələr, biz hazırıq”.

, ,