D.Rikkardo: “Ötmələri yeni səviyyəyə qaldırdım”

Red Bull komandasının sürücüsü Daniel Rikkardo idmanda ötmə anlayışını dəyişdiyinə inanır.

F-1.az bildirir ki, Əbu Dabidə avstraliyalı sürücü Red Bull komandasında sonuncu – 100-cü yarışını keçirəcək…

Daniel Rikkardo: “2014-cü il mənə həzz vermişdi. Karyeram üçün də vacib idi. Böyük zəfərlər qazandım. Almaniyada Alonso ilə mükəmməl mübarizəmiz olmuşdu. Sərt olsa da, ədalətli idi – bir neçə döngəni təkər-təkərə keçdik. Daha sonra məni təriflədi. Gözəl günlər idi. Bundan başqa 2014-cü ildə ötmələrə yeni bir səviyyə gətirdim. Uzaqdan gəlib ötmə etməyi hər adam bacarmır. Bunu məndən öyrəndilər. Sürücülərə bunun mümkün olduğunu göstərdim. Onlar da bunu sınadılar. İndi bilirəm ki, özümdən razı görünürəm. Amma doğrudan da belə düşünürəm. Hamı edə bilməz. Ancaq bəziləri sınayır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*