D.Rikkardo: Birdən zəiflədik

Renault komandasının sürücüsü Daniel Rikkardo bildirib ki, Belçikadan sonra Montsada da güclü olmağı gözləsələr də, sıralanma turundan sonra fikirləri dəyişib.

F-1.az xatırladır ki, avstraliyalı sürücü sıralanma turunda 7-ci yeri tutub.

Daniel Rikkardo: “Bu sessiyada daha yaxşı nəticə gözləyirdik. Ancaq birinci sessiya başlayan kimi gözləntilərimizi dəyişdirdik. Hamı inkişaf etdiyi halda biz geriləmişdik. Çətin idi. İkinci sessiyada isə az qala ələnirdim. Son cəhdimdə trasdan çıxdım və düşündüm ki, hər şey bitdi. Amma ilk dövrəm son sessiyaya çıxmaq üçün bəs elədi. Çətinliklərə baxmayaraq, son sessiyaya qalmaq gözəl idi. Yaxşı dövrə idi. Lakin xaotik sessiya idi. Birinci sessiya isə dəlixana idi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*