D.Kvyat bu mövsümün bitməsini istəyir

Daniil Kvyat mövsümün bitməsinə iki yarış qalmış bildirib ki, 2016-cı il mövsümünün tez bitməsini istəyir.

F-1.az xatırladır ki, rusiyalı sürücü İspaniya QP-dən əvvəl Red Bull komandasından Toro Rosso-ya göndərilmişdi. 22 yaşlı sürücü yeni bolidinə adaptasiya ola bilməmiş və pis nəticələr almışdı. Buna görə də Kvyatın gələcəyi müzakirə mövzusuna çevrilmişdi.

Amma bütün bunlara baxmayaraq, Red Bull iki həftə əvvəl Kvyatla müqaviləni daha bir il uzadıb.

Daniil Kvyat: “Mənim üçün heç də asan dövrlər deyildi. Amma sonda müqavilə bağladığım üçün sevincliyəm. Əvvəllər burada böyük planlarım olsa da, işlər istədiyim kimi getmədi və əsas məqsədim komandada qalmaq oldu. Sonrakı mövsümdə də Toro Rosso-da olmaq gözəl xəbərdir.

Amma artıq bu cür çətin keçən bir mövsüm istəmirəm. Bundan sonra işlərin yaxşı getməsi üçün əlimdən gələni edəcəm. Amma hazırda 2016-cı ilin bitməsini istəyirəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*