C.Stüart seçkilərdən imtina edib

Üçqat dünya çempionu Ceki Stüart jurnalistlərə bildirib ki, Formula1-in həlledici adamlarından biri ona öz namizədliyini FİA prezidentliyinə seçkilərdə irəli sürməyi […]

Üçqat dünya çempionu Ceki Stüart jurnalistlərə bildirib ki, Formula1-in həlledici adamlarından biri ona öz namizədliyini FİA prezidentliyinə seçkilərdə irəli sürməyi təklif edibmiş. Ser Stüart bu adamın kim olmasını deməyib, amma təklifdən imtina etməli olub…

Ceki Stüart: “Mən deyə bilmərəm ki, bu adam kim idi, amma o bizim idmanda nüfuzlu şəxsdir. Mənim 70 yaşım var, məncə, FİA-ya daha gənc kadr lazımdır. Düşünürəm ki, bu vəzifəni Formula1-dən olan adamlar tutmamalıdırlar.

İnanmıram ki, əgər seçkilərdə Jan Todt qalib gələrsə, FİA-da nəsə dəyişəcək, axı rejim əvvəlki kimi qalacaq, bu vəziyyətdə Ari Vatanen bizim idmanın perspektivi üçün daha yaxşı namizəddir.

İslahatlar lazımdır, biz hamımız 100 milyon dollarlıq cəriməni xatırlayırıq, bilirik ki, Ron Dennislə nə oldu və Flavio Briatore ilə nə ola bilər – bütün bu hallarda mətbuata qəsdən məlumatlar sızırdı və məsələlər ictimaiyyət tərəfindən müzakirə olunurdu, bu isə idmana pis təsir edirdi və korporativ idarəetmənin prinsiplərinə ziddir.

İslahatlar 5-6 il çəkəcək, mənim üçün bu böyük müddətdir, amma mən əvvəlki kimi hesab edirəm ki, bizim idmana radikal islahatlar lazımdır, axı indi rəhbərlik hədə-qorxu və sanksiyalara əsaslanır, hətta KİV üçün. Bu isə düzgün deyil.”

Şayiələrə görə, Berni Ekklstoun Ceki Stüarta namizədliyini irəli sürməyi təklif edibmiş…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*