F.Vassyör uğursuzluğa son vermək istəyir

Alfa Roemo komandasının rəhbəri Frederik Vassyör ev trasları Montsadan yaxşı nəticə ilə ayrılmaq istəyir.

F-1.az xatırladır ki, Alfa Romeo son 6 yarışdan xalsız ayrılıb və hazırda 51 xalla altıncı yerdədirlər.

Frederik Vassyör: “Bu həftəsonu ardıcıl üç yarışın son dayanacağı Montsada olacağıq. Spa və Zandfordan gözlədiyimiz nəticələri almadıq, amma İtaliyaya inamla gedirik və həm azarkeşlərimizin, həm də işçi heyətimizin üzlərini güldürmək istəyirik.

Montsa geridə qaldığımız Zantfortdan fərqlidir. Buna görə də bu həftə daha güclü olmalıyıq. İtaliyadakı yarışlar son illərdə çox maraqlı keçib. Ümid edirəm ki, trasın 100-cü ildönümündə həyəcanlı mübarizə izləyərik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*