Credit Suisse BMW Sauber-lə vidalaşıb

İsveçrənin məşhur Credit Suisse bankı BMW Sauber komandası ilə əməkdaşlığını dayandırıb. Bu gün bank belə bir addımın səbəblərini açıqlayıb – […]

İsveçrənin məşhur Credit Suisse bankı BMW Sauber komandası ilə əməkdaşlığını dayandırıb. Bu gün bank belə bir addımın səbəblərini açıqlayıb – bank marketinq siyasətini dəyişib və qlobal proqlamlardan regional proqramlara üz tutub…

Rəsmi bəyanatda deyilir: “Credit Suisse bankı BMW Sauber komandası ilə sponsorluq müqaviləsini uzatmamağı qərara alıb. Biz qlobal layihələrdə iştirakımızı azaltmağı planlaşdırmışıq, indi biz regional tədbirlərə böyük diqqət ayıracayıq.

Credit Suisse Sauber Petronas komandasının 2001-2005-ci illərdə sponsoru olub, komandanın BMW şirkəti tərəfindən 2006-cı ildə alınmasından sonra keçmiş ənənələri effektliklə və yeni ideyalarla cəmləşdirib. Bir il sonra 2007-ci ildə BMW Sauber çempionatın ilk üçlüyündə qərarlaşıb, keçən il isə komanda tarixində ən uğurlu il olub – Kanada Qran Prisi hələ yaddaşlardan silinməyib.

Biz hesab edirik ki, komanda düzgün yoldadır və indi ayrılmaq üçün yaxşı vaxtdır. Biz uğurlu əməkdaşlığa görə komandaya minnətdarlıq edirik və gələcək uğurlar arzulayırıq.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*