Conni Herbert Sky Sports-dan niyə qovulduğunu bilmir

Yanvarda keçmiş Formula1 pilotu Conni Herbertin on il işlədiyi Britaniyanın Sky Sports telekanalından qovulması barədə xəbər vermişdik, ancaq indi o, bu inkişafın onun üçün xoşagəlməz sürpriz olduğunu etiraf edib.

F-1.az xatırladır ki, 2012-ci ildə kanala dəvət olunan Conni keçən ilin sonunda Pol di Retsa ilə birlikdə sevimli işindən kənarlaşdırılıb.

“Ayrılmaq qərarına gələn mən deyildim – hər şeyin davam edəcəyini düşünürdüm, – deyə Herbert Mirror Sport-a danışıb. – Sonra dekabrda mənə zəng edib dedilər ki, vəziyyət dəyişib. Bunun niyə baş verdiyini və dəqiq nəyin dəyişdiyini mənə izah etmədilər. Yəni heç indi də bilmirəm.

Sky Sports daim abunəçilərin kanalın verilişləri haqqında nə düşündüyünü yoxlayır və onlar teleaparıcıları 10 ballıq sistemlə qiymətləndirirlər. Həmişə davamlı olaraq populyar olduğumu bilirdim. Təəssüf ki, indi hər şey keçmişdə qalıb və mən yaşamağa davam edirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*