Ceyk Hyuz həm özünün, həm də McLaren-in ilk poulunu qazanıb

Səudiyyə Ərəbistanının Diriyah şəhərində elektrik maşınların Formula E çempionatında 3-cü yarış üçün sıralanma turu başa çatıb.

F-1.az xəbər verir ki, şəhərin dar küçələrində kifayət qədər təcrübə toplaşıb sürücülər sürətləri artırıblar, ona görə də qrup mərhələsində mübarizə çox sıx alınıb və nəticələr dünənkindən xeyli fərqlənib.

Dünən qrupdan 3 komanda tam heyətlə çıxsa da, bu gün bunu yalnız McLaren komandası edə bilib. Stoffel Vandorn bu il ilk dəfə qrupdan çıxmağı bacarıb. Eləcə də Edoardo Mortaro Mazerati komandasını ilk dəfə pley-offa daşıyıb.

1/4 finalda dünənki poulun sahibi Sebastyen Buemi Vandornu, Mitç Evans Mortaranı, Rene Rast isə dünənki yarışın qalibi Paskal Verlyaynı məğlub edib. Ceyklərin qarşılaşmasında isə Hyuz yenə də Dennisdən güclü olub

İlk yarımfinal qarşılaşması dünənki finalın təkrarı olub, amma bu dəfə sevinən tərəf Hyuz olub və McLaren-ni yenə də finala çıxarıb. Digər qarşılaşmada onun komanda yoldaşı Rast finalı bir komandanın yarışına çevirə bilərdi, amma Mitç Evans buna imkan verməyib.

Son qarşılaşmada gərgin mübarizə getsə də, yekunda Hyuz təcrübəli Evansı qabaqlayaraq həm özünün, həm də komandasının debüt ilində ilk poulunu qazanıb.

Beləliklə, Ceyk Hyuz bu gün Bakı vaxtı ilə saat 21:03-də başlayacaq mövsümün 3-cü yarışında ilk yerdən start alacaq.

Amma unutmuruq ki, dünən qələbəni 9-cu yerdən start alan Paskal Verlyayn (bu gün 5-ci yerdən start alacaq) qazanmışdı, 11-ci yerdən start almış Ceyk Dennis isə (bu gün 6-ci yer) finişdə 2-ci olmuşdu…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*