C.Batton: “Poul uik-endin yaxşı başlanğıcıdır!”

Censon Batton bu gün mövsümün ilk sıralanma turunda inamla qələbə qazanıb və komanda yoldaşı Rubens Barrikello ilə Sebastyan Fetteli (Red […]

Censon Batton bu gün mövsümün ilk sıralanma turunda inamla qələbə qazanıb və komanda yoldaşı Rubens Barrikello ilə Sebastyan Fetteli (Red Bull) qabaqlayıb. Mətbuat konfransında Censon razı görünüb, amma deyəsən, yenidən diqqət mərkəzində olması onu bir az darıxıdrıb…

Censon Batton: “Son aylar çətin keçirdi, biz tam müəyyənsizlikdən bugünkü poula kimi çətin bir yol keçmişik və bu gözəldir! Deməliyəm ki, bu tamamilə komandanın xidmətidir, Ross Braunun və Nik Frayın əməyidir. Poul bizim çəkdiklərimizin ən layiqli qiyməti oldu.

Sıralanma turunda maşın özünü hər iki təkər tərkibində yaxşı aparırdı, amma baklar boş olanda maşını idarə etmək asan deyildi. Amma mən bilirdim ki, son sessiyada yanacaqla dolu olanda hər şey qaydasında olacaq.

Sonuncu dəfə mən yarışa pouldan məhz Avstraliyada qatılmışdım, uzaq 2006-cı ildə, amma sonra çətin illər yaşadıq. Lakin bizim komanda sübut etdi ki, yaxşı maşınlar qura bilər, xüsusən də nəzərə alsaq ki, bizim büdcəmiz çox məhdud idi.

Bugünkü poul uik-endin vacib nəticəsi deyil, amma yaxşı başlanğıcdır!”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*