Monakoda sərbəst yürüşlərin ilk sessiyasından sonra Qran Prinin stüardları Censon Battonu pit-leyndə sürət həddini aşdığı üçün cərimə ediblər.
Pit-leyndə sürət limitinin 60 km/saat olduğu halda, FİA-nın cihazları britaniyalı sürücünün 63.7 km/saat sürətlə hərəkət etməsini qeydə alıblar, sonuncu dünya çempionu FİA-nın kassasına 800 Avro ödəməli olacaq…