14 Noyabr 2019, Cümə axşamı - 12:28

Britaniya-2017: Üçüncü stüard – Dənni Sallivan

Britaniya-2017: Üçüncü stüard – Dənni Sallivan

Müəllif: Elçin Zodorov, redaktor

18:12 - 12 İyul, 2017

Hər il olduğu kimi, bu dəfə də FİA Qran Prinin stüardları cərgəsinə keçmişin təcrübəli sürücülərini cəlb edəcək. Silverstounda baş tutacaq Britaniya Qran Prisində stüardlara Dənni Sallivan kömək edəcək.

Amerikalı sürücü 1983-cü ildə Tyrrell komandasının tərkibində 15 Qran Pridə start alıb və ən yaxşı nəticəsi Monakoda 5-cilik olub. Vətənində daha məşhur olan Dənni İndyCar seriyasının çempionu və əfsanəvi İndianapolis-500 yarışının qalibi kimi tanınır. Sallivan bu il Bəhreyndə və ölkəmizdə də stüardlıq etmişdi.

F-1.az federasiyanın rəsmi saytına istinadən bildirir ki, stüardlar briqadasında Sallivanla bərabər Almaniyanın ADAC avtoklubunun direktorlar şurasının üzvü Gerd Ennzer və FİA-nın Apellyasiya Məhkəməsinin üzvü Niş Şetti çalışacaqlar.


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 3. 384
Teqlər , , , , ,
Paylaş

logo