Bridgestone Avstraliyada: SuperSoft və Medium

Bu il komandalar hər bir Qran Priyə iki təkər tərkibi alacaqlar, amma keçən ilduğu kimi bu təkərlərin tərkibi bir-birinə yaxın […]

Bu il komandalar hər bir Qran Priyə iki təkər tərkibi alacaqlar, amma keçən ilduğu kimi bu təkərlərin tərkibi bir-birinə yaxın olmayacq. Daha yumşaq tərkibli təkərlər dərhal sürətli nəticə göstərməyə imkan verir, amma məhdud resursa malikdir, daha bərk tərkib isə uzun məsafədə stabildir, amma qızıdırlma tələb edir və bir neçə dövrədən sonra effektiv olur. Bridgestone mühəndislərinin hesablamalarına əsasən, bu rəqiblərə imkan verəcək ki, pit-stopdan sonra boksu tərk etmiş sürücünü ötüb keçmək şansı artsın.

Əgər yarış yağışlı elan olunmayıbsa, keçən il olduğu kimi sürücü hər iki təkər tərkibindən istifadə etməlidir – mövsümün ilk yarışında komandalara SuperSoftMedium tərkibləri veriləcək. Mövsümün ilk yarışının məxsusiliyindən Bridgestone-un yarış təkərləri şöbəsinin başçısı Hirohide Hamaşima danışıb…

Sual: Bridgestone-un nəzərincə builki mövsümün əsas fərqi nədədir?
Hirohide Hamasima:
Əsas dəyişiklik, əlbəttə, sliklərə keçidlə bağlıdır. Bridgestone-un belə təkərlərlə digər çempionatlarda böyük iş təcrübəsi var, biz əmin idik ki, Formula1 üçün də effektiv təkər hazırlaya bilərik.

Müasir sliklər novçalı təkərlərin ölçüsündə hazırlanıb, nəticədə arxa və qabaq təkərlərin treasla ilişmə balansı dəyişib, ona görə də komandaların mühəndisləri Melburnda Albert Parkın müxtəlif xüsusiyyətli asfaltı ilə effektiv ilişmə əldə etmək üçün maşının sazlanması ilə ciddi işləməli olacaqlar. Biz buna nail olmaq üçün komandalarla sıx əməkdaşlıq edəcəyik.

Sual: Tərkibləri bir-birinə yaxın olmayan təkərlərdən istifadə olunması komandalar üçün nə dərəcədə ciddi çağırışdır?
Hirohide Hamasima:
Bu ideyanın çox gözəl potensialı var və həqiqətən komandalar üçün ciddi çağırışdır. Keçən il komandalar bizə çox eşitdirirdilər ki, tərkiblər bir-birindən çox fərqlənməlidirlər. Biz bunun üzərində işlədik, indi nəinki tərkiblər bir-birindən ciddi fərqlənir, həm də onlarıb effektiv işləmə temperaturlaarı diapazonu da ciddi fərqlənir. Biz istəyirdik ki, bir tərkib daha aşağı temperaturlarda effektiv olsun, digər isə daha böyük temperaturlarda. Bu komandaları uzun məsafədə təkərin potensialından daha yaxşı istifadə etməyə məcbur edəcək və düzgün seçim edənlərə üstünlük verəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*