Briatore: Formula1 komandası 10 milyard dollara dəyərləndirilir

Alpine komandasının rəhbəri Flavio Briatore hesab edir ki, yaxın illərdə Formula1 komandalarının dəyəri artaraq əhəmiyyətli 10 milyard ABŞ dollarına çatacaq.

Briatore nümunə kimi Otro Capital investisiya şirkətinə məxsus Alpine komandasının 24% səhm payının satışına dair danışıqları gətirib. Flavio Briatorenin sözlərinə görə, potensial razılaşma artıq indi bütün komandaya təxminən 3.5 milyard dollar dəyər verir.

Flavio Briatore: “Bir vaxtlar Benetton-dakı səhm payımı satanda, komandanın dəyəri təxminən 80 milyon dollar idi. Bu gün isə söhbət artıq 3,5-4 milyarddan gedir.

Maliyyə analitikləri bildirirlər ki, üç-dörd il ərzində bir Formula1 komandasının dəyəri 10 milyard dollara çata bilər.

Bizə Otro-nun 24% səhmlərinin alınması ilə bağlı təklif var və bu, bütün komandanın 3.2 milyard dollarla qiymətləndirilməsi əsasında verilib. Renault-un ümumi dəyəri indi təxminən 8.3 milyard dollardır. Belə çıxır ki, komandamızın dəyəri Renault şirkətinin ümumi dəyərinin təxminən 40-50%-ni təşkil edir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*