Brawn GP “Terminator”un yeni seriyasını reklam edəcək

Məşhur “Terminator” filminin yeni seriyasının – “Xilasedici gəlsin” ilk nümayişi ərəfəsində Brawn GP komandası Sony Pictures Releasing İnternational şirkəti ilə […]

Məşhur “Terminator” filminin yeni seriyasının – “Xilasedici gəlsin” ilk nümayişi ərəfəsində Brawn GP komandası Sony Pictures Releasing İnternational şirkəti ilə reklam müqaviləsi bağlayıb. İspaniya Qran Prisi günlərində Censon Batton və Rubens Barrikellonun maşınlarında filmlə bağlı simvollar peyda olacaq. Komandanın yaydığı mətbuat relizində deyildiyi kimi, “bu aksiya ictimaiyyəti filmin mayın 28-də Parisdə ilk nümayişinə ruhlandıracaq…”

Nik Fray: “Biz Sony Pictures Releasing İnternational şirkətini ilk nümayiş ərəfəsində dəstəkləməyə şadıq. Bizim maşınlarda və komandanın bokslarında Terminatorun məşhur obrazı ilə bağlı simvollar peyda olaacq: bununıa biz yeni filmin Avropada uğurlu prokatına təkan verəcəyik.

Film maşın və insanın üstünlük uğrunda maraqlı və dramatik mübarizəsidir. Bu süjet Brawn GP və Formula1-ə ideal yaraşır.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*