B.Ekklstoun Scorpion-a inanmır

Biz dünən Scorpion Group sərmayə şirkətinin HRT komandasının aktivlərini alaraq Formula1-də debüt etmək planları barədə xəbər vermişdik. Hətta xəbər yayılmışdı […]

Biz dünən Scorpion Group sərmayə şirkətinin HRT komandasının aktivlərini alaraq Formula1-də debüt etmək planları barədə xəbər vermişdik. Hətta xəbər yayılmışdı ki, guya Berni Ekklstoun bu layihəni dəstəkləyib, amma bu gün Formula1-in kommersiya başçısı bildirib ki, yenilənmiş komanda bu il çempionatın startına çıxa bilməyəcək…

Berni Ekklstoun: “Mən onlarla danışmışam və onlara məsləhət gördüm ki, FİA-ya müraciət etsinlər – çünki Formula1-də iştirak etmək məsələsinə onlar baxırlar. Onlar HRT komandasının bütün əmlakını almaq istəyirlər, sonra isə dünya çempionatında iştrak etmək üçün müraciət yollayacaqlar, amma şəxsən mən şübhə edirəm ki, bütün bu məsələlər alınsın. Artıq çox gecdir. Bəlkə gələn il onlar öz planlarını realizə edə bilərlər.”

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*