20 Sentyabr 2019, Cümə - 01:14

B.Ekklstoun: “Qaydalar hamı üçün eyni olmalıdır”

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

08:59 - 19 May, 2009

Berni Ekklstounun fikrincə, dünən Hitrouda komandaların FİA prezidenti ilə görüşü heç bir nəticə verməsə də, Formula1-in iki sinif maşınların çempionatına […]

Berni Ekklstounun fikrincə, dünən Hitrouda komandaların FİA prezidenti ilə görüşü heç bir nəticə verməsə də, Formula1-in iki sinif maşınların çempionatına çevrilməsi ehtimalı xeyli azalıb. FİA təklif edir ki, büdcənin 40 milyon funt sterlinq səviyyəsində məhdudlaşdırılmasına razı olan komandalara müəyyən texniki azadlıqlar verilsin. Digər çempionat iştirakçıları isə daha böyük məsrəflər xərcləsələr də sərt reqlament çərçivəsində işləməli olacaqlar. FOTA belə bir ikili reqlamentlə razı deyil, amma Ekklstoun bildirib ki, dünən hər iki tərəf razılaşıb ki, qaydalar hamı üçün eyni olmalıdır…

Berni Ekllstoun: “Məncə, əsas narazılıq iki sinif maşınların çempionatına aparan sistemlə əlaqədar idi. Hesab edirəm ki, hamı razılaşdı ki, bunu etmək olmaz, yəni qaydalar hamı üçün eyni olmalıdır.”


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 271
Teqlər
Paylaş

logo