B.Ekklstoun Melburn yarışını itirməyə hazırdır

Keçən həftə Melburnun hakim dairələri Qran Prinin keçirilməsinə böyük məsrəflərin yolverilməz və 2015-ci ildə başa çatacaq cari müqavilənin uzadılmasının səmərəsiz […]

Keçən həftə Melburnun hakim dairələri Qran Prinin keçirilməsinə böyük məsrəflərin yolverilməz və 2015-ci ildə başa çatacaq cari müqavilənin uzadılmasının səmərəsiz olmasını bir daha səsləndiriblər, lakin Berni Ekklstoun ciddi maliyyə güzəştinə razılaşsa, vəziyyət dəyişə bilər…

Avstraliyanın 3AW rasiostansiyasının jurnalistləri Berniyə zəng ediblər və bu məsələyə qısa şərh verməsini xahiş ediblər…

Berni Ekklstoun: “Əgər Melburunun meri məni ərköyün sayırsa, mən bunu təsdiq etməyə hazıram. Əgər o Avstraliya Qran Prisinin keçirilməsindən narazıdırsa və müqaviləni ləğv etmək istəyirsə, biz bunu müzakirə edə bilərik. Biz imzaladığımız müqavilənin şərtlərini pozmuruq və həmişə Melburnda ciddi dəstək hiss etmişik. Yeganə problem merin şübhələridir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*