B.Ekklstoun komandaları hədələyib

Əgər hazırkı Formula1 komandaları elternativ çempionat təşkil etsələr və teleşirkətlərlə sponsorları öz tərəflərinə çəksələr, onda komandaları böyük məbləğdə cərimələr gözləyir […]

Əgər hazırkı Formula1 komandaları elternativ çempionat təşkil etsələr və teleşirkətlərlə sponsorları öz tərəflərinə çəksələr, onda komandaları böyük məbləğdə cərimələr gözləyir – bu barədə Londonda nəşr olunan The Daily Express qəzetində məqalə dərc olunub. Bazar ertəsi FİA prezidenti Maks Mosli gələn il çempionatda iştirak etmək arzusunda olan komandalara nəsihət edib ki, heç bir şərt irəli sürmədən ərizələrini versinlər, Formula1-in kommersiya başçısı isə əks halda komandalara qarşı məhkəmə iddiaları qaldırmağa hazırlaşır. Qəzetdə yazıldığına görə, Ferrari də daxil olmaqla beş komanda Berninin başçılıq etdiyi FOM-la (Formula One Management) müqavilə imzalayıblar, ona görə də onun mövqeyi olduqca sərtdir…

Berni Ekklstoun: “Əgər onlar öz çempionatlarını təşkil etməyə səy göstərsələr, onlar böyük problemlərlə üzləşəcəklər, hərşənd, düşünürəm ki, onlar bunu edə bilməyəcəklər. Mənim bu komandalarla müqavilələrim var, amma onlar mənim tərəfdaşlarımla, sponsorlarımla, teleşirkətlərlə danışıqlara girsələr, onda biz məsələyə ciddi yanaşacayıq.

Bu müqavilənin pozulması cəhdi kimi qiymətləndiriləcək. Mən özüm belə işlər görmürəm, ona görə də heç kimə imkan vermərəm ki, belə işlərlə məşğul olsunlar. İstənilən iddia yüz milyon funtu keçəcək, dəqiq məbləği indi söyləyə bilmərəm.”

Berni Ekklstoun Red Bull, Toro Rosso, həmçinin Williams və Force İndia komandaları barədə danışır, məhz bu komandaların FOM-la müqavilələri var və onlar 2012-ci ilə qədər çempionatda iştirak etməlidirlər. Formal olaraq Ferrari də bu siyahıya daxildir, amma komanda rəhbərliyi hesab edir ki, müqavilənin şərtləri pozulub, beləki gələn il üçün reqamentin qaydaları birtərəfli dəyişdirilib. İndi Maranelloda hesab edirlər ki, əvvəlki öhdəliklərdən azad olublar.

Berni Ekklstoun: “Bu onların fikridir. Amma hüquqşünaslar belə hesab etmirlər. Saydığımız komandalardan başqa Toyota və BMW də var. İnanmıram ki, bu şirkətlərin direktorlar şurası məsrəflərin azaldılması xəttini qoyub başqa yol seçəcək, yəni FİA-nın çempionatı olmayan seriyanı maliyyələşdirəcək. Seriya təşkil etmək asan başa gəlmir. İndi komandalar traslarda pulsuz çıxış edirlər. Onlar trasa gəlirlər, sponsorlarının brendlərini böyük auditoriya qarşısında nümayiş etdirirər.

Sonra mən qazandığım pulları yenidən onlara qaytarıram, onlar isə xərcləyirlər. Amma onlar özləri çempionat təşkil etmək istəsələr, vəziyyət dəyişəcək. Bunun üçün güclü mütəxəssislər lazımdır, onlar reklam məşğul olmalıdırlar, teleşirkətlər tapmalıdırlar, traslarla danışmalıdırlar, sponsorlar cəlb etməlidirlər…

Sürücülərə gəlincə, onlar məhz FİA-nın təşkil etdiyi çempionatda qalib gəlmək istəyirlər. Onların bəziləri başqa seriyaya keçə bilər, bəlkə daha çox pul qazanacaq, amma ordakı titul qiymətsiz bir ad olacaq. İnanmıram ki, alternativ çempionat təşkil olunsun.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*