V.Bottas ikinciliyə sevinmir

Mercedes komandasının sürücüsü Valtteri Bottas poul qazana bilmədiyi üçün məyusdur.

F-1.az xatırladır ki, finlandiyalı sürücü Kanadada həftəsonuna pis başlasa da, sıralanma turunda gözəl performansla ikinci olub və lider Fetteldən cəmi 0.1 saniyə geridə qalıb.

Valtteri Bottas: “Sıralanma turunda bu qədər yaxın olduqdan sonra geridə qalmaq pis oldu. Lakin ilk cərgədən başlayacağam və sevincliyəm. Ümid edirəm ki, problem yaranmaz və Ferrari ilə mübarizə apara bilərik. Onlar burada çox güclüdürlər.

Ferstappen arxadan start alsa da, daha yumşaq və sürətli təkərkərdə olacaq və ona qarşı diqqətli olmalıyıq. Üç komanda bir-birinə yaxın olduğu üçqn fərqli strategiyalar görə bilərik. Ümid edirəm ki, qalib gələrik”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*