B.Ekklstoun: “İstəyən çox, vakansiya az”

Almaniyanın DPA agentliyi bu gün çempionatın kommaersiya başçısı Berni Ekklstounla müsahibəni yayıb – Berni Hokkenhaym avtodromunun sahiblərinin maliyyə problemlərindən və […]

Almaniyanın DPA agentliyi bu gün çempionatın kommaersiya başçısı Berni Ekklstounla müsahibəni yayıb – Berni Hokkenhaym avtodromunun sahiblərinin maliyyə problemlərindən və yerli hökumət orqanlarının qarşıdakı iclasından danışıb, mart ayında baş tutacaq məhz bu iclasda Qran Prinin taleyi həll olunacaq – ya hökumət yarışın maliyyələşdirliməsini öz üzərinə götürməlidir, ya da keçən ildən qalan 6 milyon Avroluq borcu ödəməkdən imtina etməlidir…

Berni Ekklstoun: “Belə baxımlı idman növlərinin dəstəklənməsi ölkənin statusuna müsbət təsir edir və bir çox ölkələrdə belə bir sərmayə yatırımının vacibliyini başa düşürlər, həm də Sinqapur və ya Çin müqqaviləyə əsasən bizə Hokkenhaymdan çox vəsait ödəyirlər. Vəziyyət belədir ki, bu gün Qran Pri keçirmək istəyənlərin sayı təqvimdəki vakansiyalardan çoxdur – 2010-cu ildə Hindistan, 2011-ci ildə Cənubi Koreya mərhələləri debüt etməlidirlər. Rusiya? Bu barədə dəqiq bir şey deyə bilmərərm.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*