Ş.Lekler: “Əlimdən gələni edəcəm”

Ferrari komandasının sürücüsü Şarl Lekler rəqibləri Red Bull-un performansına təəccüblənib.

F-1.az xatırladır ki, Red Bull komandasının sürücüsü Maks Ferstappen cümə sərbəst yürüşlərində lider Bottasdan 0.221 saniyə geri qalaraq, üçüncü olub.

Şarl Lekler: “Rəqiblərlə sıx mübarizə olacağını düşünürəm. Mercedes və Red Bull çox yaxındır. Buna görə də maraqlı mübarizə olacaq. Red Bull gözlədiyimizdən daha yaxındır. Bunu görmək gözəldir. Üç komanda arasında gərgin mübarizə olacaq.

İkinci sessiya mükəmməl deyildi. Yağa görə daha diqqətli olmalı idik. Performans cəhətdən güclüyük. İkinci sessiyadakı nəticələrin mənası yoxdur. Çünki təmiz dövrə vura bilmədim. Amma xoşbəxtəm. Sabah daha yaxşı olmalıyıq. Görək necə olacaq. Sıralanma turunda ön cərgədə olmalıyıq. Sebastyan güclüdür, amma mən də yaxşı iş görməliyəm.

Orta və sürətli döngələrdə yaxşı idik. Sabah bizi maraqlı sıralanma turu gözləyir. Ümid edirəm ki, qalib gələrik. Bunun üçün əlimdən gələni edəcəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*