Bəhreyn Qran Prisinin təqvimə qayıtması barədə danışıqlar aparılıb

Mövsümün əvvəlində Bəhreyn və Səudiyyə Ərəbistanındakı yarışlar Yaxın Şərqdəki müharibə səbəbindən ləğv edilmişdi. HAzırda onların təqvimə qaytarılması üçün ciddi səylər göstərilir.

Dünən Silverstounda Bəhreynin taxt varisi Salman bin Həmd əl-Xəlifə FİA və Formula1 rəhbərliyi ilə, o cümlədən Formula1-in baş icraçı direktoru Stefano Domenikali və FİA prezidenti Muhamməd Ben Sulayemlə bu ilin payızında Bəhreyn Qran Prisinin keçirilməsi imkanlarını müzakirə edib. Mümkün tarixlərdən biri Azərbaycan və Sinqapur Qran Priləri arasında 2-4 oktyabrdır.

Hələlik heç nə təsdiqlənməyib, lakin qeyri-rəsmi məlumatlara görə, danışıqlar uğurla keçib və razılaşma yekunlaşmaq üzrədir.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*