B.Britaniya Qran Prisi – maşınların çəkisi

FİA Böyük Britaniya Qran Prisindən sonra maşınların start yanacağı ilə tərəzidə çəkilmələrinin nəticələrini dərc edib. Sıralanma turunun son sessiyasına ən […]

FİA Böyük Britaniya Qran Prisindən sonra maşınların start yanacağı ilə tərəzidə çəkilmələrinin nəticələrini dərc edib. Sıralanma turunun son sessiyasına ən az yanacaqla gözlənildiyi kimi Kazuki Nakacima (Williams) çıxıbmış – yapon sürücü aqresiv strategiya seçib və trasda qısa birinci hissə keçirəcək, peletondan pit-stopa ilk o müraciət edəcək. Pouldan start alan Sebastyan Fettel ilk onluqda ən ağır maşınla olub və yanacaq doldurmağa sonuncu yollanacaq – alman sürücünün qələbə qazanmaq şansı olduqca yüksəkdir.

Startda ən ağır maşın isə Heykki Kovalaynendə olacaq, finlandiyalı sürücüyə tərkərlər imkan versə, o yarışı bir pit-stopla başa vura bilər…

Maşınların yanacaqla dolu çəkiləri, kq-la (ehtimal olunan ilk pit-stop dövrəsi):
1. S.Fettel (Red Bull) – 666.5 (23)
2. R.Barrikello (Brawn GP) – 657.5 (19)
3. M.Uebber (Red Bull) – 659.5 (20)
4. Y.Trulli (Toyota) – 658.0 (20)
5. K.Nakacima (Williams) – 652.5 (17)
6. C.Batton (Brawn GP) – 657.5 (19)
7. N.Rosberq (Williams) – 661.5 (21)
8. T.Qlok (Toyota) – 660.0 (21)
9. K.Rəykkönen (Ferrari) – 654.0 (18)
10. F.Alonso (Renault) – 654.0 (18)
11. F.Massa (Ferrari) – 675.0 (27)
12. R.Kubitsa (BMW Sauber) – 689.5 (33)
13. H.Kovalaynen (McLaren) – 695.5 (35)
14. N.Pike (Renault) – 682.5 (30)
15. N.Haydfeld (BMW Sauber) – 665.5 (23)
16. C.Fizikella (Force İndia) – 668.0 (24)
17. S.Burde (Toro Rosso) – 687.5 (32)
18. A.Sutil (Force İndia) – 692.0 (34)
19. L.Həmilton (McLaren) – 666.0 (23)
20. S.Buemi (Toro Rosso) – 672.5 (26)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*