17 Oktyabr 2019, Cümə axşamı - 09:45

Baxımlılıq problemi komandaları da narahat edir

Baxımlılıq problemi komandaları da narahat edir

Müəllif: Rəhim N.Əliyev, baş redaktor

20:41 - 20 Mart, 2010

Mercedes GP komandasının icraçı direktoru Nik Fray hesab edir ki, Formula1 mətbuatın Bəhreyn Qran Prisinin baxımsızlığı barədə tənqidlərinə reaksiya verməsə, […]

Mercedes GP komandasının icraçı direktoru Nik Fray hesab edir ki, Formula1 mətbuatın Bəhreyn Qran Prisinin baxımsızlığı barədə tənqidlərinə reaksiya verməsə, böyük risk etmiş olacaq. Onun fikrincə, bu problem ön plana çəkilməlidir və komandalar bu problemin tezliklə həllini tapmalıdırlar. Futbol üzrə dünya çempionatının keçiriləcəyi bir ildə yeni sponsor və tərəfdaşlar cəlb etmək çox çətindir, xüsusən də yarışlar mövsümün ilk yarışı kimi darıxıdrıcı olarsa…

Nik Fray: “Biz bu vəziyyətə reaksiya verməsək, bizim idman üçün çox pis olacaq. Məncə, hamı gördü ki, mövsümün ilk yarışı necə darıxdırıcı keçdi və indi biz hər şeyi təhlil etməliyik və problemin həlli yollarını axtarmalıyıq.

Texniki reqlamentdə dəyişiklik etmək çox çətindir və bu ciddi məsrəflər tələb edir. Amma mən düşnürəm ki, Berni Ekklstounla və FİA ilə birlikdə biz texniki və idman məsələlərini təhlil etməliyik.

Bizim üçün ən əasa azarkeşlərdir, onlar yarışlara bilet alırlar, ya da yarışları TV qarşısında izləyirlər. Biz onlara yaxşı şou göstərməliyik, ona görə də başa düşməliyik ki, nə edə bilərik.”

Maşınların konstruksiyasında və ya trasların konfiqurasiyasında mövsümün gedişində dəyişiklik etmək mümkün deyil, amma ilk təkliflər təkərlərlə işə aiddir. Komandalar təklif ediblər ki, yarışın gedişində bir deyil, iki məcburi pit-stop olsun. Bu təklif hələ qışda müzakirə olunmuşdu, amma o zaman kifayət qədər dəstəklənməmişdi.

Kristan Horner: “Məncə, yarışların bu formatında təhlükə var ki, bütün Qran Prilər bir pit-stopla keçəcək. Deyəsən, biz iki məcburi pit-stop təklifinə qayıtmalıyıq. Bu çox gülməlidir: mexaniklər yorucu və uzunmüddətli məşqlər keçirirlər ki, cəmi bir pit-stop etsinlər!”

Fray bu təkliflə razıdır: “İki məcburi pit-stop – bizim müzakirə etməli olduğumuz təkliflərdən biridir. Qışda biz bu təklifin əleyhinə idik, amma indi bu mövzuya qayıda bilərik. İnanmıram ki, nəticədə kimsə üstünlük qazanacaq.”

McLaren komandasının və FOTA-nın başçısı Martin Uitmarş da təkərlərdən istifadə qaydalarına düzəlişlər etməyə çağırıb, amma buna baxmayaraq, o hesab edir ki, Formula1-i maraqlı mövsüm gözləyir…

Martin Uitmarş: “İnanmıram ki, ilk Qran Pri maraqlı oldu, amma hesab edirəm ki, vəziyyət yarışdan yarışa dəyişəcək. Melburnda vəziyyət ciddi dəyişə bilər, amma biz baxımlı yarışa zəmanət verə bilmərik.

Liderlik uğrunda mübarizəni dörd komanda aparacaq, şox şey maşınların müxtəlif traslara adaptasiyasından asılı olacaq.

Bəhreyndə 41 yaşlı Şumaher isti havaya baxmayaraq, yarışı yaxşı keçirdi və mən əminəm ki, o daha böyük uğur qazanmaq istəyir. Amma niko Rosberq hələlik onu qabaqlayır. Bizim sürücülərin də hər ikisi qələbə qazanmaq istəyirlər. Fettel və Uebber, eləcə də Alonco və Massa güclü sürücülərdir. Çempionat başlayıb, bu çox yaxşıdır, amma ümid edirəm ki, yarışlar daha maraqlı olacaq.”

Ferrari komandasının başçısı Stefano Domenikali hesab edir ki, nəticə çıxarmaq tezdir: “Gəlin gözləyək və baxaq görək başqa yarışlar necə keçəcək. Vəziyyət dəyişə bilər, çünki şərait dəyişəcək, ona görə də mən öz fikrimi bir neçə yarışdan sonra söyləyəcəm – bizim daha çox məlumatımız olanda.”

Autosport-un fikrincə, bu həftə FOTA-nın iclasında komandaların başçıları Bəhreyn Qran Prisinin timsalında yarışların baxımsızlığı problemini müzakirə edəcəklər…


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 286
Teqlər
Paylaş

logo