24 Mart 2019, Bazar - 23:52

Barselona, 19.02.2019

Barselona, 19.02.2019

Müəllif: Elçin Zodorov, redaktor

21:06 - 19 Fevral, 2019

Bu mövsüm Formula1-də 4 debütant görəcəyik və onlardan üçü bugünkü testlərdə iştirak ediblər. Debütantlar arasında ən təcrübəsizi Toro Rosso-nun yeni maşınını keçən həftə cəmi bir neçə dövrə sürmüş Aleksandr Elbondur.

F-1.az bildirir ki, sessiya ilk dəqiqələrdə elə Elbonun çınqıllığa düşməsinə görə qırmızı bayraqlarla dayandırılıb. Komanda sürücünün səhvinin olmadığını, sükanda problemlər olduğunu açıqlayıb. Gün ərzində yenilikləri yoxlamaqdan imtina ediblər və gənc sürücünün maşına və təkərlərə alışmasına şərait yaradıblar. Nəticədə Aleksandr gün ərzində ən çox dövrə vuran ikinci sürücü olub və iki yarış məsafəsi qədər yol qət edib.

Artıq Formula1-də yarışmaq təcrübəsi olan Antonio Covinatsi ilə yanaşı Lando Norris də yarış məsafəsindən daha uzun yol qət edə biliblər. Hər iki komandanın maşını etibarlı olub və sürücülər səhvə yol verməyiblər. McLaren keçənilki qış testlərinin ilk 2 günü ilə müqayisədə ikiqat yol qət edib. Lando sessiyanın sonlarında sürətli dövrə vuraraq protokollarda ikinci yerə yüksəlib.

Səhər sessiyasının ortalarında Renault komandası üçün xoşagəlməz hal yaşanıb – Rikkardonun maşınında DRS elementi sürətli döngədən əvvəl qırılaraq düşüb. Daniel ciddi qəzaya uğramasa da, çınqıllığa çıxmalı olub. Komanda maşını təmir edib və nahardan sonra Hülkenberqə həvalə edib. Niko yarış simulyasiyasını uğurla yerinə yetirib.

Red Bull komandası günü erkən başa vurmalı olub – Qasli 11-ci döngədə əyləci bassa da, maşın təhlükəsizlik zonasını da keçib və arxası bariyerlərlə toqquşub. Qırmızı bayraqlar gün ərzində ikinci dəfə sessiyanı dayandırıb. Komanda maşını sabaha qədər təmir etmək üçün çalışacaq.

Haas komandası bütün günü Maqnussenlə işləməyə həsr etsə də, danimarkalı sürücü axşam saatlarında oturacaqla bağlı problem yaşayıb. Komanda sabaha daha hazır olması üçün son 20 dəqiqədə Pietro Fittipaldini sükan arxasına keçirib – gənc sürücü sabah günün ilk hissəsində Haas-a kömək edəcək.

Mercedes həm aerodinamikanı, həm də təkər aşınmasını yoxlamaq məqsədi daşıyan proqramını iki sürücüsü arasında bölüb. Komanda dünən C2, bu isə C3 tərkibini yoxlayıb. Keçən ilin çempionları ilk iki gündə sürətli dövrələr üzərində çalışmayıblar. Komanda eyni addımı keçən il də atmış və bəhrəsini görmüşdü.

Qət edilən məsafə Mercedes və Ferrari üçün eynidir, lakin hər iki gündə protokollara məhz Scuderia sürücüləri başçılıq ediblər. Komandada debüt edən Leklerin nahardan əvvəl az miqdarda yanacaqla göstərdiyi 1:18.247-lik nəticə günün ən yaxşısı olub.

Testlər sabah davam edəcək və əksər komandalarda sürücü dəyişikliyi olacaq…

YerNSürücüKomandaZamanFərqDövrəTəkər
116Şarl LeklerFerrari1:18.247157С3
24Lando NorrisMcLaren1:18.553+ 0:00.306104С4
320Kevin MaqnussenHaas1:19.206+ 0:00.95959С3
423Aleksandr ElbonToro Rosso1:19.301+ 0:01.054132С3
599Antonio CovinatsiAlfa Romeo1:19.312+ 0:01.065101С4
677Valtteri BottasMercedes AMG1:19.535+ 0:01.28889С3
710Pyer QasliRed Bull1:19.814+ 0:01.56792С3
827Niko HülkenberqRenault1:19.837+ 0:01.59095С3
93Daniel RikkardoRenault1:19.886+ 0:01.63928С3
1044Lyuis HəmiltonMercedes AMG1:19.928+ 0:01.68174С3
1118Ləns StrollRacing Point1:20.433+ 0:02.18679С3
1251Pietro FittipaldiHaas1:21.849+ 0:03.24213С3

 

 

 


Son Xəbərlər

İnformasiya

Bölüm Xəbərlər
Mənbə
Baxış Sayı 228
Teqlər , , , ,
Paylaş

logo