Avstraliya-2022: Start düzümü

Iki sürücü yer itirmək cəzası alsa da, start düzülüşü sıralanma turunun protokollarından çox da fərqlənməyib.

F-1.az bildirir ki, Ləns Strollun sıralanma turundakı qəzaya görə startda 3 yer itirməsi, Aleksander Elbonun isə S.Ərəbistanı Qran Prisindəki insidentə görə eyni cəzanı alması və sıralanma turunun protokollarından xaric edilməsi yekunda onsuz da son cərgəni paylaşan bu iki sürücünün yer dəyişməsi ilə nəticələnib.

Avstraliya Qran Prisinin start düzümü
1. Şarl Lekler
Ferrari
1:17.868
2. Maks Ferstappen
Red Bull
1:18.154
3. Serxio Peres
Red Bull
1:18.240
4. Lando Norris
McLaren
1:18.703
5. Lyuis Həmilton
Mercedes
1:18.825
6. Corc Rassell
Mercedes
1:18.933
7. Daniel Rikkardo
McLaren
1:19.032
8. Esteban Okon
Alpine
1:19.061
9. Karlos Sayns
Ferrari
1:19.408

10. Fernando Alonso
Alpine
Nəticəgöstərməyib
11. Pyer Qasli
AlphaTauri
1:19.226
12. Valtteri Bottas
Alfa Romeo
1:19.410
13. Yuki Tsunoda
AlphaTauri
1:19.424
14. Quanyu Çjou
Alfa Romeo
1:20.155
15. Mik Şumaxer
Haas
1:20.465
16. Kevin Maqnussen
Haas
1:20.254
17.Sebastyan Fettel
Aston Martin
1:21.149
18. Nikolas Latifi
Williams
1:21.372
19. Ləns Stroll
Aston Martin
Nəticə göstərməyib

Starta buraxılıb. Sıralanma turundakı insidentə görə 3 yer itirməklə cəzalandırılıb.
20. Aleksander Elbon
Williams
Nəticəsi ləğv edilib

Çəndə kifayət qədər yanacaq qalmadığı üçün sıralanma turunun protokollarından xaric edilib. Starta buraxılıb. S.Ərəbistanı Qran Prisindəki isnidentə görə startda 3 yer itirməklə cəzalandırılıb.

 

, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*