Avstraliya-2019: İkinci sərbəst yürüşlər

Sürücülər artıq ilk sessiyada keçənilki ilə müqayisədə daha yaxşı nəticələr göstərmişdilər. İkinci sessiyada trasın vəziyyəti daha da yaxşılaşıb - temperaturun yüksəlməsi və asfaltın rezin qatı ilə örtülməsi daha sürətli dövrələr görməyimizə şərait yaradıb.

F-1.az bildirir ki, komandalar daha çox uzun dövrələrə üstünlük veriblər, çünki ikinci sessiyanın başlama saatı yarış saatı ilə eynidir və təkərlərin aşınmasını yoxlamaq üçün ən ideal sessiyadır.

İkinci sərbəst yürüşlər sakit başlayıb. Elbon və Covinatsi trasdan çıxsalar da, geri qayıda biliblər. Rassel isə son anda qəzadan yayına bilib. Lekler son dəqiqələrdə dördüncü döngədəki porebriklə təmasdan sonra yerində fırlanıb və boksa qayıdıb. Mercedes sürücülərinin nəticələrini nəzərə almasaq, qalan göstəricilər olduqca sıx olub – üçüncü yerdəki sürücünü 16-cı yerdən cəmi bir saniyə ayırıb.

Protokollara yenə də Lyuis Həmilton başçılıq edib – 1:22.600. Bottasın komanda yoldaşına cəmi 0.048 saniyə uduzub və “gümüş oxlar” digər rəqiblərini olduqca böyük fərqlə üstələyiblər.

Məşqlər sabah səhər davam edəcək…

Yer N Sürücü Komanda Zaman Fərq Dövrə
1 44 Lyuis Həmilton Mercedes AMG 1:22.600 33
2 77 Valtteri Bottas Mercedes AMG 1:22.648 + 0:00.048 33
3 33 Maks Ferstappen Red Bull 1:23.400 + 0:00.800 33
4 20 Pyer Qasli Red Bull 1:23.442 + 0:00.842 31
5 5 Sebastyan Fettel Ferrari 1:23.473 + 0:00.873 35
6 7 Kimi Rəykkönen Sauber 1:23.572 + 0:00.972 40
7 27 Niko Hülkenberq Renault 1:23.574 + 0:00.974 37
8 3 Daniel Rikkardo Renault 1:23.644 + 0:01.044 31
9 16 Şarl Lekler Ferrari 1:23.754 + 0:01.154 35
10 8 Roman Qrojan Haas 1:23.814 + 0:01.214 37
11 26 Daniil Kvyat Toro Rosso 1:23.933 + 0:01.333 36
12 20 Kevin Maqnussen Haas 1:23.988 + 0:01.388 27
13 18 Ləns Stroll Racing Point 1:24.011 + 0:01.411 38
14 55 Karlos Sayns McLaren 1:24.133 + 0:01.533 26
15 99 Antonio Covinatsi Sauber 1:24.293 + 0:01.693 37
16 11 Serxio Peres Racing Point 1:24.401 + 0:01.801 34
17 23 Aleksander Elbon Toro Rosso 1:24.675 + 0:02.075 40
18 4 Lando Norris McLaren 1:24.733 + 0:02.133 26
19 63 Corc Rassel Williams 1:26.453 + 0:03.853 32
20 88 Robert Kubitsa Williams 1:26.655 + 0:04.055 33
, , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*