Alonso və Rəykkönenin mühərriklərinə ziyan dəyməyib

Fernando Alonso və Kimi Rəykkönenin mühərrikləri Avstraliya QP-də zədələnməyiblər...

F-1.az xatırladır ki, Fernando Alonso 300 km/saat sürətlə Esteban Qutyerresə çırpılmış və 3 dəfə salto vuraraq bariyerlərə dəymişdi. Kimi Rəykkönenin bolidi isə pit yolunda yanmışdı.

Fernando Alonsonun bu qəzası McLaren komandasını 300 min avro ziyana salıb. Fernando Alonso İspaniyanın Marca qəzetinə verdiyi müsahibədə bildirib ki, mühərriyə və sürət qutusuna ziyan dəyməyib.

İtaliyanın Autosprint nəşri bildirib ki, Kimi Rəykkönenin problemi həddən artıq isinməyə görə olub, amma mühərriyə heç bir ziyan dəyməyib.

Ferrari komandasının rəhbəri Mauritsio Arrivabene bildirib ki, mühərrikdə heç bir problem olmayıb: “Əgər biz telemetriyada güc qurğusu ilə bağlı problemin olduğunu görsəydik, Kimini pitə qaytarmazdıq. Ona – “Tez mühərriyi söndür” deyərdik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*