Alonso Red Bull-un problem yaşamasına ümid edir

Aston Martin komandasının sürücüsü Fernando Alonso qələbə qazanmaq üçün Red Bull-un səhvinə ümid edir.

F-1.az xatırladır ki, Red Bull bu il 2 yarışda da rahatlıqla qələbə dublu edib. Aston Martin isə indiyə kimi ən sürətli ikinci komanda təəssüratı yaradıb və indidən 38 xalları var.

Fernando Alonso: “Qələbə qazanmağımız üçün Red Bull bizə kömək etməlidir. Həmişə qələbə dublu edə bilməzlər və bu tezliklə baş verəcək.

Maks sıralanma turunda bir problem yaşadı və o problem yarışda olsa, mübarizəni dayandıracaqdı. Buna görə də etibarsızlıq problemləri bizə kömək edə bilər. Ümid edirəm ki, bu fürsətlərdən yararlanarıq”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*