Aleks Əlbon: Formula1-də ən yaxşı ilimi keçirdim

Keçən il Aleks Əlbon birillik fasilədən sonra Williams ilə müqavilə imzalayaraq Formula1-ə qayıdıb.

F-1.az xəbər verir ki, britaniyalılarla ilk mövsümündə tailandlı sürücü üç dəfə ilk onluğa daxil olub və dörd xal qazanıb – Red Bull ilə qazandığı podiumlarla müqayisədə güclü nəticə deyil, lakin Aleks hələ də ötən ili Formula1-də ən yaxşı ili hesab edir.

Aleks Əlbon: “Komanda Mühəndislər Kubokunda onuncu yeri tutdu və bu, Williams-ın tutmaq istədiyi mövqe deyil. Bununla belə, bütövlükdə mövsümü dəyərləndirəndə özümü razı hiss edirəm. İdmandan bir il uzaqda qaldım, heç bir zəmanətim yox idi, amma qayıtdım və bu artıq uğur sayıla bilər.

Mən əminəm və hiss edirəm ki, mövsüm mənim üçün çox yaxşı keçib. Düşünürəm ki, Formula1-də ən yaxşı ilimi keçirmişəm. Komandaya çox yaxşı öyrəşmişəm və birlikdə daha yaxşısını edə bilərik.

Açığı, keçən mövsüm rəqabətsiz idik. Barselonadakı qış testlər zamanı trasa çıxanda çətin bir il içində olduğumuzu başa düşdük. Bununla belə, strategiyadan yararlanaraq, verilən imkanlardan istifadə edərək xal qazandıq, yaxşı yarışlar keçirdik. Qazanılmamalı olan xalları qazandıq və bu, mövsümü yaxşı hesab etməyə imkan verir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*