A.Elbon: Yağış bizə kömək edə bilər

Williams komandasının Aleks Elbon bildirib ki, Macarıstanda yağışın yağması onlara kömək edə bilər.

F-1.az xatırladır ki, Hunqarorinqdə keçirilən yağışlı yarışlarda əksər hallarda sürpriz nəticələr qeydə alınıb. Məsələn, keçən il Esteban Okon karyerasının ilk qələbəsini qazanmışdı. Bu həftəsonu da Budapeştdə yağış gözlənilir.

Aleks Elbon: “Burada çoxlu döngələr var və sıralanam turu çox vacibdir. Bu yarışı səbirsizliklə gözləyirəm. Fransadan sonra bolidin Macarıstanda necə işləyəcəyi maraqlıdır. Həftəsonuna yağış ehtimalı var və bu vacib rol oynaya bilər. Komanda keçən il düzgün strategiya ilə xallar qazanmışdı. Ümid dirəm ki, yenə eynisi olar”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*