ACEA-nın mövqeyi FİA-nı təəccübləndirib

FOTA-nın ünvanına tənqidi reliz yaydıqdan sonra FİA-nın mətbuat xidməti ACEA-nın keçən həftə yaydığı bəyanata cavab hazırlayıb – ACEA Avropanın on […]

FOTA-nın ünvanına tənqidi reliz yaydıqdan sonra FİA-nın mətbuat xidməti ACEA-nın keçən həftə yaydığı bəyanata cavab hazırlayıb – ACEA Avropanın on beş böyük avtoistehsalçılarını birləşdirən təşkilatdır…

“Federasiyanın məsrəflərin azaldılmasına yönəldilən təkliflərinə ACEA-nın göz yumması FİA-nı təəccübləndirir. FİA ACEA-nı təcili tədbirlər görməyə çağırır. ACEA-nın son hesabatına əsasən, “maliyyə böhranı minik və yük maşınlarının bazarına sarsıdıcı zərbə vurub… satışlar kəskin azalıb, ona görə də avtoistehsalçılar və təchizatçılar istehsal həcmini azaltmalı olublar.” ACEA böhranı “dağıdıcı” adlandırıb.

FİA-nın məqsədi avtoistehsalçıların məsrəflərini azaltmaqla idmanın idmani, texniki və marketinq üstünlüklərini qorumaq olub. Formula1-də məsrəflərini azaldan ACEA üzvləri bu vəsaitləri idgər əsas bizneslərinə xərcləyə bilərlər, sərmayə qoyuluşuna və ya diler proqramlarına yönəldə bilərlər. Söhbət kişik məbləğlərdən gedir, amma beş böyük avtoistehsalçının illik məsrəfinin 400-500 milyon Avrodan 100 milyon Avro ilə məhdudlaşdırılması ildə iki milyard Avroya yaxın vəsaitin qənaəti deməkdir.

FİA başa düşür ki, Porsche şirkəti ACEA-nın bəyanatını dəstəkləməmişdi və assosiasiyanın katibliyindən xahiş etmişdi ki, bu faktı xüsusilə qeyd etsinlər.

FİA istənilən vaxt federasiyanın siyasətini və məqsədlərini müzakirəe tmək üçün ACEA-nın nümayəndələri ilə görüşməyə hazırdır…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*