A.Prost: Senna mənə yalvardı

Sabiq Formula1 sürücüsü Alen Prost bildirib ki, Ayrton Senna onun təqaüdə çıxmasını heç istəməyib.

F-1.az xatırladır ki, Senna və Prost 1988 və 1989-cu illərdə komanda yoldaşı olmuş, bunlardan birində Senna, birində isə Prost titulu əldə etmişdi.

Alen Prost: “Ayrton aramızdakı mübarizəyə potensialının 110 faizini verirdi. Onun ən böyük motivasiyası məni məğlub etmək idi. Ancaq mən elə deyildim. Buna görə də mən 1993-cü ildə təqaüdə çıxanda Senna əvvəlki kimi olmadı. Aramızdakı rəqabət yox olmuşdu və o, həvəssiz görünürdü.

1994-cü ildə Peugeot motorları ilə anlaşan McLaren-dən təklif aldım. 1993-cü ilin son yarışından iki gün sonra Senna mənə yalvarırdı ki, təklifi qəbul edim. O deyirdi ki, Prost idmanda qalmalısan. Mənə heç kim sənin kimi motivasiya vermir. Çox sensasiyalı hal idi.

Komanda yoldaşı kimi onu seçdiyim üçün heç vaxt peşman olmadım. Komandanın yaxşılığını düşünürdüm, amma ilk mövsümdəcə hamı Sennanı dəstəkləyirdi. Azarkeşlər iki cəbhəyə bölünmüşdü. O, yüksələn gənc sürücü idi. Mən isə yaşlı idim. Eynilə Ferrari-də Lekler və Fettel kimi…

Həyatım həmişə Sennaya bağlıdır. Bu gün Braziliya mənim ikinci evim kimidir. Sosial şəbəkələrdəBraziliyadan çoxlu izləyicilərim var. Sennanın bacısı Vivyan ilə hələ də əlaqə saxlayıram. Mübarizə vaxtı rəqib olsaq da, sonradan hər şey unuduldu və insan olduğumuzu anladıq. O həyəcanlı hekayədən qalan ən gözəl miras budur”.

 

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

*

*

*